Paytaxt sakinləri bulvarda kaktuslara zərər vurulmasına kəskin etiraz edir (VİDEOREPORTAJ)

Bəzi insanlar Dənizkənarı Bulvarda olan dekorativ bitkilərə ziyan vururlar.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə yayılan videogörüntülər sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Belə ki, bir qadın kaktusun üzərinə nəsə yazmağa çalışır. Sözügedən görüntülər sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.

Trend-in əməkdaşları Dənizkənarı Milli Parkda olub, bununla bağlı vətəndaşların fikirlərini öyrənib.

Vətəndaşlar birmənalı olaraq bunun pis bir əməl olduğunu vurğulayıblar.

Geniş videoreportajı təqdim edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31