Çaylarda sululuğun artacağı, qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında iyulun 4-ü günün ikinci yarısından 5-i gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

Olaylar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bəzi yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31