Apteklərdə nisyə dəftəri olmalı deyil - Etibar Əliyev
4 İyul 2023 13:04 SosialApteklərdə nisyə dəftəri olmalı deyil.
Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.
Deputat bildirib ki, apteklərdə nisyə dəftəri görüb.
"Bizim aldığımız dərmanların 5-dən 3-ü Türkiyə istehsalıdır. Son zamanlar şəkər xətəsliyi ilə bağlı istehsal olunan preparatlardan biri Türkiyə aptekində satılır. Əvvəl qiyməti 125 manat idi. Sonra bu barədə "facebook"da yazdım ki, ala bilmirik, onun qiymətini 75 manata endirdilər. Yenə də baxırıq ki, Türkiyədəki qiymətdən 2,5 dəfə çoxdur", - deyə E.Əliyev qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31