Qırılma xəttində orta hesabla 20-30 ildən bir 6 ballıq zəlzələlər qeydə alınır- ÖZƏL

Ötən gecə Xəzər dənizində 5,7 bal gücündə zəlzələnin olması uzaq tarixə yenidən nəzər salma, fay xəttində müşahidə edilə biləcək hərəkətlilikləri tədqiq etməyi zərurətə çevirib.
"OLAYLAR" xəbər verir ki, tarixçi Rəfail Eminovun sözlərinə görə, təqribən 1600 il əvvəl Xəzərin tam ortasında yer təkində torpağın altında mantiya qatının üstündə üzən tavaların birində qırılma baş verib: "Nəticədə dəhşətli viranedici zəlzələ baş verərək həmin ərazilərdəki  mövcud şəhərləri yox edir.  Həmin vaxt mövcud olmuş  3 ayrı-ayrı gölün 2 - si birləşir. Xəzər və Hirkaniyyə. Aral isə aralıda qalaraq bəlkə də buna görə belə adlandırılır. Yani həmin qırılma xəttində orta hesabla 20-30 ildən bir 6 ballıq zəlzələlər qeydə  alınır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31