Qorxulu və ciddi təlafatlara səbəb olacaq zəlzələ gözlənilmir - Seysmoloji Xidmət Mərkəzi
4 İyul 2023 12:13 SosialZəlzələ ilə bağlı qorxulu nəsə gözlənilmir.
Olaylar.az xəbər verir ki, bunu iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mətbuat konfransında deyib. Onun sözlərinə görə, qorxulu və ciddi təlafatlara səbəb olacaq yeraltı təkanlar gözlənilmir:
"Əhaliyə demək istəyirəm ki, şayiələrə inanmasınlar. Güclü yeraltı təkanlar gözlənilmir. İşlərində-güclərində, istirahətlərində olsunlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31