Narahat olmalı bir şey yoxdur - Baş direktor
4 İyul 2023 11:31 SosialGecə saatlarında bir neçə hiss edilməyən zəlzələ olub. Narahat olmalı bir şey yoxdur.
Olaylar.az xəbər verir ki, bunu bu gün Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.
Qeyd edək ki, gecə saatlarında Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bal, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31