Baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur - Qurban Yetirmişli
4 İyul 2023 11:30 SosialBaş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur
Olaylar.az xəbər verir ki, bunu bu gün Xəzər dənizində baş vermiş zəlzələyə dair Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, kiçik təkanlar həmişə olur.
"Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin, arada 3 maqnitudada, hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı çox - 65 kilometr dərinlikdədir"-deyə o qeyd edib
Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.