Zəlzələ heç bir fəsad törətməyib - Qurban Yetirmişli
4 İyul 2023 11:19 SosialGecə baş verən zəlzələ heç bir dağıntı və fəsad törətməyib.
Olaylar.az xəbər verir ki, bunu bu gün Xəzər dənizində baş vermiş zəlzələyə dair Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yalan məlumatlar paylaşır.
"Yayılan şaiələrə inanmayın. Dünənki təkanın heç bir qorxusu yoxdur. Həmin dalğa çox dərində yerləşır və heç bir fəsad törədə bilməz", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31