"Zəlzələyə görə 34 nəfər təcili tibbi yardım çağırıb, ikisi..." - RƏSMİ

İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib.

Olaylar.az TƏBİB-ə istinadən bildirir ki, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub.

Qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub:

"Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31