Zəlzələ ilə bağlı FHN-dən AÇIQLAMA
4 İyul 2023 02:31 Sosialİlkin məlumata əsasən, zəlzələ ilə əlaqədar olaraq, dağıntı və tələfat barədə FHN-ə məlumat daxil olmayıb.
Bu barədə FHN məlumat yayıb.
Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31