Aynurun arxiv paylaşımı izləyiciləri kövrəltdi - FOTO

Müğənni Aynur Dadaşova arxivini üzə çıxarıb.

Olaylar.az bizim.media-ya istinadən bildriir ki, sənətçi mərhum Əməkdar artist Zöhrə Abdullayeva və Əməkdar artist Teymur Əmrahın yer aldığı illər əvvəl el şənliklərinin birində çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

A.Dadaşova paylaşımına "İllər tez kecdi Zöhrə xanım. Allah sizə rəhmət eləsin. Dəyərlim Teymur Əmrah" şərhini yazıb.

Müğənnin bu paylaşımı isə izləyiciləri kövrəldib.

Qeyd edək ki, Z.Abdullayeva 2021-ci ilin mayında 68 yaşında sklerodermiya (xərçəngin bir növü) xəstəliyindən dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31