COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
1 İyul 2023 17:49 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 86 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6, üç və daha çox doza vaksin vurduranların sayı 12, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 3 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 967 069, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 189, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 101, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 487, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 292 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31