Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı
30 İyun 2023 17:13 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a verilən məlumata görə, vurulan vaksinlərin ümumi sayı 13 966 983, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 095, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 475 təşkil edir.
Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 289 nəfərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31