Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
30 İyun 2023 17:10 SosialAzərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 1 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 6 nəfər sağalıb.
İndiyədək ölkədə ümumilikdə 831 945 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 648 nəfər müalicə olunaraq sağalıb, hazırda 15 aktiv xəstə var. Bu günə qədər 10 282 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 138, bu günə qədər isə ümumilikdə 7 643 678 test icra olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31