DİQQƏT! - Bakının bu ərazisində SU KƏSİLDİ
29 İyun 2023 22:33 SosialXətai rayonunun bir hissəsində (Köhnə Günəşli və ətraf ərazilər) içməli suyun verilişində fasilə yaranıb.
Olaylar.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.
"Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakısukanal və Xətai rayon Sukanal idarələrinin qəza briqadaları əraziyə cəlb olunub. Axşam və gecə saatlarında təmir-bərpa işləri davam etdiriləcək", - deyə qurum rəsmisi bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31