Azərbaycanda koronovirusa yoluxanların sayı açıqlandı
26 İyun 2023 19:15 SosialAzərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 4 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 3 nəfər sağalıb, ölən yoxdur.
Eyni zamanda, ölkədə son sutka ərzində 39 nəfər vaksinasiya olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31