Seçicilərin problemləri aidiyyatı orqanlara ünvanlanıb - ÖZƏL

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən Milli Məclisin inzibati binasında qəbul üçün ona müraciət etmiş vətəndaşları qəbul edib. Olaylar xəbər verir ki, qəbulda vətəndaşlar tərəfindən işsizlik, əlilliyin təyini, istedadının üzə çıxarılmasında dəstək, təbii fəlakət nəticəsində təsərüfatına dəymiş ziyanın aradan qaldırılması və şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub.

Onu da qeyd edək ki, seçicilərin hər birinin arzu və istəkləri, qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi deputat Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31