"Toydakı tortun qiyməti 25 min manatdır"

Aparıcı Elgiz Əkbər bəzi toylarda kəsilən böyük tortların qiymətini açıqlayıb. 

Olaylar.az axşam.az-a istinadən bildirir ki, aparıcı bu haqda verilişində danışıb. O bildirib ki, tortun qiyməti ilə bağlı siyahıya baxıb və gördüyü məbləğ onu təəccübləndirib:

"O gün toy siyahısına baxıram. Varlı adamların toyundakı tortların qiyməti 20-25 min manatdır. Bu qiymətə tort olar? 2 kiloqram qızılın qiymətidir. İsrafçılıqdır, ona nə vururlar ki? Hələ fotoqraflar var ki, 10 min manata şəkil çəkir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31