Telefonunuzu belə silməyin

Mobil telefonumuz ən çox istifadə olunan elektron məhsullardan biridir. Buna görə də tez-tez mobil telefonumuzu təmizləmək ehtiyacı hiss edirik.

Cib telefonunu təmizləyərkən yaş salfetlər kimi məhsullardan da istifadə edirik.

Lakin mobil telefonun nəm salfetlə silinməsi çox zərərlidir.

Kompüter, telefon və televizor kimi cihazların ekranlarını təmizləyərkən nəm salfetlərdən istifadə edilməməlidir.

Yaş salfetlərin əksəriyyəti kimyəvi maddələrdən ibarətdir və bu maddələr elektron cihaz avadanlıqlarını zədələyə bilər.

Nəm olduqları üçün əşyalara zərər verə bilər. Üstəlik, bir müddət sonra xüsusilə kompüter, televizor və telefon ekranlarında ləkələr görünür.

Elektron cihazları təmizləmək üçün xüsusi hazırlanmış təmizləyici dəstlərə üstünlük vermək faydalıdır.

Əgər evdə bu təmizləyici dəstlər yoxdursa, ekranı zədə verməyən parça ilə silə bilərsiniz.
Mobil telefonunuzu təmizləyərkən bu xəbərdarlıqlara diqqət yetirin. Ekranınızın zədələnməsini istəmirsinizsə, bu məlumatı yadda saxlayın. Cib telefonunun ekranına dəyən zərərlər çox vaxt zəmanətə daxil edilmir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31