Biz niyə buna qarşı çıxırıq? - ÖZƏL
24 İyun 2023 08:50 Sosial"Deputatlar səviyyədə süni mayalanmanı qadağan etmək çağırışları adamı dəhşətə salır". Olaylar xəbər verir ki, bunu "Qadın Liderliyi Uğrunda" İctimai Birliyn sədri Ülkər Abdullayeva deyib: "Sizin təbii yolla uşaq dünyaya gətirmək imkanınız var. Amma hamı o qədər şanslı deyil. Adam var ki, həyata tutunmaq üçün bir ip ucu axtarır və süni yolla, tibbin verdiyi imkanlar daxilində onu əldə edə bilər. İnsanlara həyata tutunmaq üçün səbəb, eyni zamanda seçim imkanı vermək lazımdır.
Təbii yolla dünyaya uşaq gətirmək imkanı olanların başqalarını dünyaya övlad gətirməkdən məhrum etmək çabaları ən azı əxlaqsızlıqdır. Hər halda insanlar o uşaqların necə, hansı yolla dünyaya gələcəyi barədə məlumatlı olurlar və onu qəbul edirlər. Bizim nə həddimizə? Biz niyə buna qarşı çıxırıq ki? Nə vaxta qədər insanların seçim imkanlarını əllərindən alacağıq və onların yerinə biz hökm verəcəyik? Bizim o insanların üzərində nə haqqımız var?!"