Rusiyadan idxal edilən 1 tondan artıq dondurulmuş hind quşu əti yararsız çıxıb - FOTO
23 İyun 2023 19:01 SosialQida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Olaylar.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, həmin tədbirlər çərçivəsində "Lime and Co" MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan "PenzaMolinvest" MMC-nin istehsalı olan 1039,5 kiloqram dondurulmuş hind quşu budu məhsulundan götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31