ÜZÜNÜZ AĞ OLSUN

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzi ora üz tutanlara evdir, mərhəmətli ortamdır, səmimi münasibətdir, dostluqdur, xeyirxahlıq nümunəsidir. Çünki burada çalışanlar doğrudan da ibrətamiz, xeyirsevər, mərhəmətli insanlardır. Dəfələrlə Vətən müharbəsi iştirakçılarından,digər koteqoriyalı əlillərdən xoş sözlər ,gözəl fikirlər eşimişəm.Bu səbəbdən də onlar haqqında yazmaq, bu nümunəvi davranışı cəmiyyətə çatdırmaq istəmişəm. Və

yaxından tanıdığım ll qrup əlil Kamran Mabudovun ,bu səmimi,təvazökar kollektiv haqqında söylədikləri məni bu sətirləri yazmağa vadar etdi.Kamran  Mərkəzə müraciət edəndə  bilmirdi ki, onu bu qədər mehribanlıqla, istiqanlılıqla, səmimiyyətlə qarşılayıb, ən yüksək səviyyədə  qayğı göstərəcək bir kollektivlə qsrşılaşacaq. K.Mabudov mərkəzin sanitariya-gigiyena baxımındam son dərəcə razıdır və burdakı xidmətdən ağızdolusu danışır. Ona və burada müalicə alan digərlərinə göstərilən diqqət və qayğıdan bəhs edəndə üzü gülür.

Mərkəzin baş həkimi Sevinc xanım Məmmədovanın peşəkarlığından, iş bacarığından, əlil insanlara səmimi davranışından kövrələrək danışır. Yeməklər çox dadlı və keyfiyyətlidir, deyir, çünki burada fədakar bir kollektiv çalışır.Onu da öyrəndim ki, Mərkəzdə əlillərin sağlalığı ilə yanaşı onların əhvali-ruhiyyəsini yüksəltmək üçün xeyirli tədbirlər təşkil olunur. İnsanların təmiz  və səliqəli otaqlarda istirahət etmələri, söhbətləşmələri və vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılır. Bütün kollektiv çalışır ki, Mərkəzə müraciət edən ehtiyaclı insanlar orda rahat olsunlar.

Yevlax Reabilitasiya Mərkəzinin rəhbəri  və mehriban kollektivi haqqında çox söz demək olar və onlar ən layiqli sözlərə, təriflərə haqq ediblər.Mən də özümə borc bildim ki, bu gözəl kollektivə çox sağ olun deyim, orada müalicə alan insanların razılığını və minnətdarlıq duyğusunu buradan onlara çatdırım. Dəyərli Sevinc həkim və işgüzar, mehriban kollektivi, hər şey üçün çox sağ  olun!

Əminə YUSİFQIZI

RESPUBLİKANIN ƏMƏKDAR

JURNALİSTİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31