Həkimlərin müalicə üçün yazdıqları hər beş dərmandan biri bioloji əlavə olur
23 İyun 2023 14:11 Sosial"Həkimlər müalicə üçün yazdıqları hər beş dərmandan biri bioloji əlavə olur. Həmin əlavələr də firmalara məxsus olduğundan çox baha olur". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin növbədənkənar sessiyasının plenar iclasında deyib. Deputat bildirib ki, dünyanın heç bir inkişaf etmiş ölkəsində antibiotiklər bizdəki kimi satılmır: "Dünyanın heç bir inkişaf etmiş ölkəsində antibiotiklər bizdəki kimi satılmır. Harada belə bir praktika var ki, vətəndaş aptekə yaxınlaşıb deyir ki, mənə müalicə üçün antibiotik verin". Deputat bildirib ki, bu məsələ bir neçə dəfə qaldırılıb, amma eyni vəziyyət davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31