Yasamalda yanğın yerindən görüntülər - FOTO
23 İyun 2023 11:31 SosialBakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən saat 09:29-da tam söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov yanğın yerinə gəliblər.
Olaylar.az Trend-ə istinadən hadisə yerindən görüntüləri təqdim edir:
.jpg)
.jpg)
.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31