Söyüdlü hadisələrindən istifadə etməyə çalışanlar var - Deputat
23 İyun 2023 11:24 Sosial"Gədəbəydə baş verənlər istənilən cəmiyyətə xas haldır. Dövlətin də əsas funksiyası onu qanun çərçivəsində həll etmək və yoluna qoymaqdır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev parlamentin növbədənkənar sessiyasının iyunun 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. Deputat söyləyib ki, həmin hadisədən istifadə edib öz məkrli niyyətlərini həyata keçirməyə çalışan şəxslər və dairələr var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31