"Göz, nəzər var. Ona görə qorxuram" - Sevda Yahyayeva

"Hələ Ayla balacadır. Bir az böyüsün, onu da özümüzlə gətirəcəyik". 

Dayısı qızı ilə evlənən şəxs baldızının və qaynının atası çıxdı

Olaylar.az olay.az-a istinadən bildirir ki, bu sözləri "MTV Xəbər"ə müğənnİ Sevda Yahyayeva deyib. O, övladının üzünü göstərməmə səbəbindən danışıb:

"Göz, nəzər var. Ona görə qorxuram, özüm üçün yox. Fikirləşirəm ki, balacaya göz dəyər. Bir yaşı olsun, məni sevənlərlə onu tanış edəcəyəm". 

Sevda həmçinin həyat yoldaşı Zakir Bayramovun ona sənətdə göstərdiyi dəstəkdən söz açıb:

"Evdə də dəstək var.  Əksinə məcbur edir ki, işlə, yeni mahnılar axtar. Hər bir işi ailəmlə məsləhət edib, sonra qərarı özüm verirəm. Mənfi rəylərə fikir vermirəm, təhqirləri qəbul etmirəm, tənqid ola bilər. Hamı məni bəyənmək məcburiyyətində deyil. Eynilə mən də".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31