Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
22 İyun 2023 22:55 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.
Azərbaycanda indiyədək ümumilikdə 831 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 603 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 33 nəfərdir.
Ölkədə son sutka ərzində 649, hazırkı dövrədək isə 7 640 012 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31