Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında küləyin sürəti güclənəcək.

Olaylar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, iyunun 22-si axşamdan 23-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31