Yerli icra orqanlarının ləğvi çağırışlarının aktuallığı artır - ÖZƏL

"Prezidentin bütün səylərinə baxmayaraq mərkəzi idarəetmə orqanlarında partnomenkluaturanın gənc və perspektivli kadrlar adı altında buraya cəm etdiyi şəxslər var və yerlərdə icra strukturlarında təmsil olunublar. İstisna deyil ki, onlarin bir qismi hakimiyyətdəki çəkisi kifayət qədər azalmış, zamanında hakimiyyətin oliqarxiq qanadı kimi tanınmış bəlli məmurların komandasının təmsilçiləridirlər". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Elşən Manafov səsləndirib. O bildirib ki, idarəetməyə münasibətdə onlarla partnomenkluaturanın təmsilçiləri arasında oxşar cəhətlər kifayət qədərdir: "Bütün hallarda baş verənlər ölkədə yerlərdə inzibati idarəetmədə köklu huquqi islahatlarin aparılmasını təxirəsalinmaz edir və bir daha mutəxəssislərin yerli icra orqanlarının ləgvi, onlarıin səlahiyyətlərinin bələdiyyələrə verilməsi ilə bagli çağırışların aktuallığını artırır. 

Elşən Manafovun sözlərinə görə, baş vermiş hadisələr göstərir ki, yalnız inzibati yollarla, qanunçuluğun sərtləşdirilməsi, məmur özbaşınalığının, korrupsiya və vəzifə səlahiyyətlərinin qarşısının alınması üçün hüquq mühafizə orqanlarının xətti ilə aparılan iş gözlənilən səmərəni vermir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31