Bakıda feministin təhqirinə dözən polis, Gədəbəydə " mənim qalxanım var" pozası alan polis - 2 faktın dərsləri... Aydın Quliyev yazır.....

Gədəbəyin Söyüdlü kəndində yaşanan müvəqqəti gərginliklə bağlı dəqiq, doğru, yanlış , hətta bəzən qərəzli olmaqla çoxsaylı fərdi rəylərə və ekspert təhlillərinə rast gəlirik.Təbiidir, çünki ictimaiyyət üçün maraqlı hadisədir , Gədəbəyin tarixində son 30- 40 ildə buna  bənzər hadisə olmayıb və  ictimaiyyət arasında  müzakirələri yasaqlamaq da  mümkün deyil...

Pis haldır ki, hər şeyə nəzər yetirmədən,baş verənləri ümumiləşdirmədən  tələsik nəticələr çıxarmaq meylləri var. ..

Yanlış qənaətlərdən biri belədir ki, polislər oraya niyə gəlmişdilər və ya niyə gətirilmişdilər.Yanlış olduğu qədər həm də təəccüblüdür.Çünki əgər  hadisə yerinə  bircə nəfər polis gətirilməmiş olsaydı  , bu dəfə də " polis hardadır" ittihamlarının biri bir qəpiyə dönəcəkdi...Beləliklə , sual çıxır ki,  ərazidə polisin olmasını  və fəaliyyətini mübahisə mövzusuna çevirmək nə qədər doğrudur ? Nəzərə almaq lazımdır ki,  kənd sakinlərinin toplanış yerinə polislərin gəlişi və ya gətirilməsi hələ o demək deyil ki, onlar ilk öncədən yalnız aksiya iştirakçılarına təzyiq göstərmək məqsədi ilə gəlmişdilər.Ümumiyyətlə , harda olur- olsun, ictimai və ya kollektiv həyəcanlanma yerlərində polisin peyda olması onun funksional fəaliyyət öhdəliyidir, peşə borcudur.Aksiya iştirakçılarının mümkün qanunsuz və ya ziyanlı hərəkətlərinin qarşısını almaq hələ özlüyündə sonrakı  məsələdir.Sakinlərin öz  aralarında toqquşma və ya münaqişələrin olmayacağına kim zəmanət verə bilər? Və ya kim deyə bilər ki, öncədən təlimat almış hansısa 3- cü,4- cü gizli qüvvələr aksiya iştirakçılarına hansısa qızışdırıcı təsiri, təzyiqi göstərməyəcək, aranı qarışdırmağa cəhd göstərməyəcək .Göründüyü kimi, hadisə yerinə polislərin dərhal  gəlişi ola biləcək  bir neçə  ziyanlı hadisələrin qarşısını almaqda sığorta tədbiri kimi əvəzsizdir.İndi kimlərsə qərəzli və ya yanlış düşüncə ilə belə qənaətə gələ bilər ki , polisləri elə ilk əvvəldən camaata təzyiq göstərmək və ya qorxutmaq üçün gətirmişdilər.Tələsik qənaət bax budur.Lakin obyektiv təəssürat da var, bu ondan ibarətdir ki, istənilən hadisə yerində polislər öncədən tam nəzərə alınması mümkün olmayan bütün təxribat təzahürlərinə qarşı ən etibarlı qüvvə rolunu oynayır...

" Qadın polislər niyə yox idi " kimi fikirlərə də rast gəlirik.Etiraf edim ki, orada qadın polislərin də olması pis effekt verməzdi.Ancaq " bəlkə Gədəbəydə hələ qadın polislər bəlkə heç yoxdur" kimi gerçək bir ehtimal yolumu bir az kəsir.Ancaq əminəm ki, Gədəbəydə həqiqətən qadın polislər hələ yoxdursa ,  baş vermiş hadisələrin ən ümdə dərslərindən birincisi  rayonda qadın polislərin xidmətə cəlb olunmalarından ibarət olacaq...Polislərlə bağlı müzakirəyə az sonra yenə qayıdacam..

Təbii ki, baş vermiş hadisənin qiymətləndirilməsində hərə öz " arşını " ilə ölçü aparır.Vicdanlı yanılma ilə yanlış və ziyanlı təsəvvürə düşənlərin də olduğunu istisna etməyək .Ancaq nisbətən ən obyektiv və ehtivalı qənaətə gəlmək üçün bütün detalları mümkün qədər görməyi bacarmaq lazımdır.

Suallar var...Məsələn,illərdi ki, Söyüdlü kəndində sözügedən göl olduğu halda niyə indiyə qədər onun təhkükə mənbəyi olduğu ilə bağlı söz - söhbətlər yox idi ? Birdən yerindən kükrəyən hadisələrin detonasiyası nədir? Kənar faktorlar varmı? Niyə etirazçı ekektorat qismində görünən əsas qüvvə  qadınlar idi, bu təsadüf idimi?Yerli və ya etirazçı insanlar onların aksiyasının arxasında hansısa görünməyən dairələrin olub - olmadığından əmindilərmi? Axı hətta bu sadə insanların özlərinin də bilmədiyi nələrsə ola bilər?! Öncədən mütəşəkkil təşkilatçılıq ekementləri qabarıq görünürdü.Aksiyanın siyasi motivli olmadığını nümayiş etdirən və bu niyyətlə hərdən səsləndirilən  çağırış və şüarlar da öncədən hazırlığın elementləri sayıla bilərmi? 

Çox səliqəli şəkildə hazırlandığı görünən plakatlar da ayrıca düşüncə mövzusudur.Bu fakt da hadisənin spontanlıq çərçivəsində baş verdiyini istisna edən əlamətlərdən biridir.İllərdən bəri mövcud olan gölün birdən - birə təhlükə mənbəyi olduğu barədə rəy yaradan konkret hansısa  fakt, ya hadisə varmı? Bütün bu və digər sualların üzərində tam araşdlrmalar getməyincə, yekun qənaətlərə gəlməyin yanlış və tələsiklik olduğunu hər kəs bilməlidir.Ən pisi isə odur ki, hələ gündəmdə bu qədər araşdırılmalı və əsas suallar olduğu halda, bir polisin qadına qaz puskürtməsi ildırım sürəti ilə gündəmi tutdu.Həmin gərgin arenanı belə təsvir edə bilərik. Bütün polislər nizami qaydada, hövlənək hərəkətlərə yol vermədən sakit dayandıqları halda, başlarına göydən yumruq boyda daşlar yağdırılır , güllə kimi atırlar, hətta qadınlar da atırlar,polislər yenə qarşılıq vermir və tərpənişləri yalnız təhlükədən özünü qorumaq , kənara çəkilmək xarakterindədir.Yadıma illər öncə  Bakıda feministlərin aksiyası zamanı yaxşı tanıdığım bir məşhur qadının polis zabitinin üstünə cummağı, əl- qol hərəkətləri və ağzına gələn sözlərlə onu təhqir edib təbdən çıxarmağa çalışması düşdü.Həmin polis zabitinin  yazıq və sakit tərzdə sona qədər özünü necə saxladığını da unutmuram.Eyni peşəkarlığı və təmkini Söyüdlü posisləri də göstərdi.Atılan daşlara yalnız  " mənim qalxanım var" pozası almaqla reaksiya verdilər.Lakin bütün bunların bir kənara qoyularaq tək bir polisin qadına qaz püskürtməsinin gündəmin " baş hadisəsinə " çevrilməsi təəccüblü deyilmi" Təsadüfdürmü? ....

Sualların sonadək araşdırılmasını gözləyək.Hər şeyi siyasiləşdirmək həvəskarlarına,əsas oldu olmadı ,polisi qaralamağa fürsət axtaranlara meydan vermədən gözləyək...Nəzərə alaq ki,tələsik və yarımçıq çıxarılan nəticələrin Söyüdlü camaatına xeyirdən çox ziyanı dəyə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31