Kəmaləddin Heydərov icra başçısının oğlunu işdən çıxardı
22 İyun 2023 13:35 SosialFövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu işdən çıxarıb.
Olaylar.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunub.
Onun yerinə daxili xidmət polkovnik-leytenantı Eyvazov Ayaz Teyfur oğlu təyin edilib.

Fotoda Seymur Qaraşov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31