Davranışlarımızı qəlibə salmaq üçün bir "Əxlaq kodeksi"nə ehtiyac var - ÖZƏL
22 İyun 2023 13:16 Sosial"Gədəbəy rayonunda ictimai qaydanın və asayişin təmini sahəsində yaranmış polis- vətəndaş qarşıdurması başqa maraqlara xidmət etdiyindən məqsədli şəkildə sosial şəbəkənin predmetinə çevrildi. Olkədə dövlətin təməlini təşkil edən "xalqın vahidliyi"nə ziyan gətirə biləcək qüvvələr var, polisi və daxili təhlükəsizliyin mühafizəsi ilə məşğul olan hakimiyyət strukturlarının nüfuzunu qəsdən gözdən salan qrupların olması da ehtimal olunur". "Olaylar" xəbər verir ki, bunu deyən "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevin sözlərinə görə, biz vətəndaşlar isə ayıq və sayıq olmalıyıq: "Sosial şəbəkələrdə məlum olayla bağlı ziyalı və vətəndaş mövqeyi az sərgiləndi.Obyektiv paylaşım edənlərə isə kobud münasibət və itaətsizliklə davam edən həqarətli ifadələr yer aldı. Doğrusu, adi bir vətəndaş kimi ekstremal situasiyalarda necə davranmalıyıq,-suallarına cavab tapmaq və davranışlarımızı qəlibə salmaq üçün bir "Əxlaq kodeksi"nə ehtiyac var. Görünən odur ki,cəmiyyətdə insanların bir-biriinə sevgisi çatmır,qarşılıqlı hörmət və xeyirxahlıq qıtlığı var. İnsan mürəkkəb və çıxılmaz vəziyyətlərdə yaşamaq üçün mübarizə aparmağı bacarmayanda intihara gedən yol qısalır.Ümumiyyətlə istənilən dövrdə və istənilən cəmiyyətlərdə polisin nüfuzuna təsir edə biləcək neqativ rəy yaratmaq cəmiyyət üçün zərərli olub.Bu ,hazırlanan cinayətlərin subyektlərinin dəyirmanına su tökmək və belə cinayətlərdə qəsdən birgə iştirak etməkdir. Hissə qapılmaq olmaz! Polisə sapandla daş atanların yanında durmaq yox, onlara "dur" ,- deməyi bacarmalıyıq. Sosial şəbəkələrdə bəzi ekspertlərin məsələnin mötəbərliyini öyrənmədən ictimai rəy xətrinə məlumatın tirajlanması da acı təəssüf doğurur.Milli ordunun hələ formalaşmadığı bir dövrdə polis real düşmən- ermənilərlə, daxildə isə görünməyən düşmənlərlə-cinayətkarlarla paralel döyüşür, mübarizə aparırdı. Vətən müharibəsində Şəhid və Milli qəhrəmanlarımız var, veteran,qazi və dövlət tərəfindən rəğbətləndirilən cəsur polislərimiz var. Onların xatirəsi əbədiləşdirilib, artıq. Bu,həmin polislərdir,-canını vətən uğrunda fəda etməyi bacaran vətən övladları! Baş verən olayla bağlı DİN rəhbərliyinin tapşırığı əsasında artıq xidməti araşdırmalara başlanılıb. Heç kimin zərrə qədər şübhəsi olmasın ki,məsələ obyektiv həllini tapacaq".