"Güzəştli mənzil" layihəsinə müraciət edən insanların sosial durumu araşdırılmalıdır - ÖZƏL
21 İyun 2023 10:35 Sosial"Əhalinin MİDA-nın satışa çıxardığı mənzilləri almaqda çətinlik çəkdiyinə dair sosial platformada şikayətləri yayılır. Ona görə də, "Güzəştli mənzil" layihəsində satış modelinin dəyişdirilməsinə, yaxud insanlara seçim imkanı verilməsinə ehtiyac var". "Olaylar" xəbər verir ki, bunun detən millət vəkili Fazil Mustafanın sözlərinə görə, "Güzəştli mənzil" layihəsinə müraciət edən insanların sosial durumu araşdırılmalıdır: "İnsan var ki, mənzilə ehtiyacı var, amma kompyuter bilikləri imkan vermir ki, onlayn satışla mənzil seçimi edib alsın. Bu məqamlar nəzərə alınmalıdır. Ona görə də, onlayn satışla yanaşı digər satış metodu da olmalıdır. Şəffaf komissiya təşkil olunmalı, fərdlər üzrə araşdırma aparılaraq mənzil satışı həyata keçirilməlidir. Əks halda bu cür narazılıqlar çox olacaq".
Eyni zamanda MİDA-dan güzəştli şərtlərlə mənzil alıb qısa müddətdən sonra həmin evi satışa çıxardanların əlindən bu mənzillər məhkəmə yolu ilə geri alınmalıdır".