“WhatsApp”dan yeni sevindirici FUNKSİYA - FOTO

"WhatsApp" istifadəçiyə texniki dəstək xidməti ilə birbaşa çatdan əlaqə saxlamağa imkan verəcək funksiyanı sınaqdan keçirir. Beləliklə, artıq problemin həlli üçün elektron məktub göndərmək lazım deyil.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, müvafiq variant "Windows" üçün mesencerin 2.2322.1.0 nömrəli "beta" versiyasında görünüb.

Yeni funksiyada istifadəçilər üçün "Bizimlə əlaqə saxlayın" düyməsi əlavə olunub. Düyməni basdıqdan sonra görünən pəncərədə "Sizə necə kömək edə biləcəyimizi bizə bildirin" deyilir.

Ənənəvi ünsiyyət formasına öyrənənlər üçün isə elektron poçtla texniki dəstəyə müraciət etməyi təklif edən keçid var.

Funksiyanın geniş istifadəçi kütləsi üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31