Avtomobili ilə sel axınına düşən Türkiyə vətəndaşı xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində güclü yağış səbəbindən yaranan sel axınında 1 nəfər vətəndaşın minik avtomobilində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirlikdən "Olaylar"a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Cəbrayıl Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib. Hadisə yerində operativ olaraq əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə sel axınına düşən Türkiyə Respublikasının vətəndaşı 1975-ci il təvəllüdlü Aksut Yusufun həyatı üçün təhlükə yaranıb.Yanğınsöndürənlər operativ olaraq Aksut Yusufu sel sularından xilas edərək təhlükəsiz əraziyə təxliyə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31