2410 nəfər işlə təmin edilib
20 İyun 2023 12:37 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi "İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi" proqramı üzrə bu il daha 1323 şəxsə iş yerlərinə göndəriş verilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, onlardan 996 nəfəri artıq müvafiq vakansiyalar üzrə işlə təmin olunub və digərlərinin də işlə təminatı prosesi aparılır. Proqram üzrə işlə təmin edilənlərin bir il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.
2020-ci ilin son aylarında icrasına başlanan proqram üzrə ötən dövrdə 793 işəgötürənlə əməkdaşlığa başlanıb. Həmin işəgötürənlərlə əməkdaşlıq müqavilələri əsasında 2410 nəfər işlə təmin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31