Tezliklə Bakı metrosunda yeni ödəniş sistemi tətbiq olunacaq
20 İyun 2023 12:35 SosialTezliklə metronun iki stansiyasında ödənişləri QR kod vasitəsilə etmək mümkün olacaq.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu bu gün "K Group" MMC-nin ("BakiKart"ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.
"Digər metrostansiyalarında da texniki işləri (köhnə avadanlıqlar QR oxuyucularla əvəzləmək) yay boyunca yekunlaşdırmağı planlaşdırırıq. İstəyirik ki, qarşıdan gələn sentyabr, iş və təhsil dövrünə tam hazır olaq", - deyə Orxan Bayramov qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31