Jalə Əhmədova seçicilərini qəbul edib - ÖZƏL

Milli Məclisin deputatı Jalə Əhmədova Salyan rayonunda seçicilərinin növbəti qəbulunu keçirib. "OLAYLAR"-a Jalə Əhmədovanın Deputat Qərargahından bildirilib ki, ilk olaraq şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları qəbul edilib, hər biri ayrı-ayrılıqda dinlənib,  problemləri ilə maraqlanılıb. Seçicilər mənzil, torpaq, əlillik, pensiya, işsizlik və məşğulluq məsələləri ilə bağlı problemlərdən danışıblar və qeyd etdikləri məsələlərin müsbət həllində köməklik göstərilməsini millət vəkilindən xahiş ediblər. 

Qəbul zamanı ümumilikdə 34 nəfər seçici dinlənilib.  Onları narahat edən məsələlər barədə qeydiyyatlar aparılıb. Jalə Əhmədova seçicilərin qaldırdıqları problemlərin həlli üçün səlahiyyətləri çərçivəsində əlindən gələn köməkliyi əsirgəməyəcəyimi bildirib. 

Həmçinin şəhid ailələri, qazilər və müharibə əlillərinin həyat şəraitinin və rifahının yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən həyata keçirilən layihələrin mərhələli şəkildə icra olunduğu, cənab Prezidentin imzaladığı sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təmin ediləcəyini millət vəkili seçicilərin diqqətinə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31