Kifayət Məmmədova yüksək vəzifəyə təyin olundu

Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin direktor müavini - baş həkim təyin olunub.

Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, K.Məmmədova 1969-cu ildə Naxçıvanda anadan olub. Naxçıvan şəhər 5 nömrəli məktəbdə təhsil alıb.

Rusiyanın İrkutsk Dövlət Tibb Universitetini bitirib. O, Türkiyə, İsrail və Rusiya universitet və xəstəxanalarında çalışıb, doğum və cərrahiyə üzrə ixtisasartırma kursları keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31