Ailədə çox vaxt boşanmalar xəyanət üstündə də yaranır - ÖZƏL

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son vaxtlar boşanmaların sayında ciddi şəkildə artım qeydə alınır. Buna isə müxtəlif səbəblər göstərirlər. "OLAYLAR"-ın xəbərinə görə, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Emil Maqalovun sözlərinə görə, ailədə çox vaxt boşanmalar xəyanət üstündə də yaranır. Onun sözlərinə görə, sevgi doyumsuzluğu, kompleksin tamamlanmaması həyatının müəyyən hissəsində düşdüyü boşluqlar, keçmişdə yaşadığı psixoloji travmalar xəyanətə yol açır: "Depresiya (nəzərə alsaq ki, kişilər depresiyaya düşəndə bu durumdan çıxmaq üçün zərərli vərdişlərə meyl edirlər. Spirtli içki qəbul etmək, qumar, siqaret, narkotik, xəyanət və s.) davamlı konfilikt, kənar insanların ailəyə müdaxiləsi iradə zəifliyindən təsir alta düşmə və s".

İctimai Birlik sədri deyir ki, bunlar hamısı xəyanətə sürükləyən səbəblərdir: "Bəlkə ilk növbədə bunları aşkara çıxarmaq və bu psixoloji durumu ortadan qaldırmaq lazımdır. Xəyanət baş veribsə xəyanətə yox, problemi həll etməyə yönəlməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31