FHN meşədə itən şəxsi taparaq xilas edib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bir nəfər vətəndaşın Lənkəran rayonunun Xanbulan kəndi istiqamətində meşəlik ərazidə azması və köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Nazirlikdən "Olaylar"a bildirilib ki, Məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1982-ci il təvəllüdlü Hüseynov Vüsal Akif oğlu bələd olmadığı meşəlik ərazidə yolunu azaraq itib. FHN-in xilasediciləri tərəfindən operativ olaraq həyata keçirilən axtarış-xilasetmə əməliyyatı nəticəsində vətəndaş V.Hüseynov qısa müddətdə tapılaraq xilas edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31