Meyxanaçıların aparıcılıq etdiyi yeni veriliş gündəm oldu - VİDEO
19 İyun 2023 11:01 SosialTanınmış meyxanaçılar Vüqar Əbdülov, Oqtay Kamil, Mehman Əhmədli və Rüfət Nasosnu "Space"in efirində yeni proqramın aparıcısı olublar.
Olaylar.az Metbuat.az-a istinadən bildirir ki, "Meyxəbər" adlı veriliş tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Meyxanaçılar verilişdə ölkədə və dünyada baş verən hadisələri müzakirə edir, rəy verirlər.
Meyxanaçıların bu formatda bir proqramda aparıcılıq etmələri tənqidlə qarşlanıb. Sosial şəbəkə istifadəçiləri onların Aleyna Tilkini, Al Paçinonun 83 yaşında ata olması barədə xəbərini müzakirəyə çıxarıb lağ edərək şərh verməsini tənqid ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31