Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada bir yeni yoluxma faktı qeydə alınıb, üç nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 889 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 596 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 12 nəfərdir.
Ölkədə son sutka ərzində 243, hazırkı dövrədək isə 7 635 924 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31