İslah tərbiyə işini orta məktəblərdən başlamalıyıq - ÖZƏL
16 İyun 2023 15:42 SosialGünümüzdə orta ümumtəhsil müəssisələrində müsbət meyillərlə yanaşı, mənfi tendensiya da müşahidə edilir. Belə ki, paytaxt da daxil olmaqla bölgələrdəki orta məktəblərdə baş tutan karnavallarda, buraxılış mərasimlərində daha çox oğru dünyasını təbliğ edən musiqilər ifa edilir və şagirdlər həmin ifaya qol açıb oynayırlar.
"OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı hüquqşünas Əli İbrahimov deyib ki, bu gün biz islah tərbiyə işini orta məktəblərdən başlamalıyıq: "Cinayət törətmiş şəxslərin gələcək adaptasiyasını fikirləşdiyimiz halda effektiv olar ki, törədilmiş cinayətin qarşısını hər bir şəxs üzərinə düşən vəzifəsini yerinə yetirməklə almağa calışsın. Valideyin valideyin kimi, müəllim müəllim kimi, ağsaqqal ağsaqqal kimi və sair".
Hüquqşünas deyib ki, məktəb yaşlı uşaq və yeniyetmələrin bu cür mənfi təsirlərə düşməsində sosial şəbəkələrin və informasiyanın rolu da az deyil: "Biz uşaqlığımızda roman qəhrəmanlarına, kosmonavtlara, generallara, müəllimlərimizə, dastan qəhrəmanlarına bənzəmək arzusuyla böyüy"ürdük. İndiki nəsil "vurub-tutan", "asıb-kəsən", "söhbət həll edən" cayıllara bənzəmək istəyir".