Bakıdakı 46 məktəbdə monitorinq aparılıb
16 İyun 2023 14:23 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 46 məktəbdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılmış monitorinqlərin nəticələri təhlil edilib.
"OLAYLAR" xəbər verir ki, BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən həyata keçirilmiş təhlillər öyrətmənin, qiymətləndirmənin, məktəbdə psixoloji xidmətin təşkilinin keyfiyyəti, xüsusi qayğıya ehtiyacı olan və xüsusi istedadlı uşaqlar üçün dəstəkləyici mühitin təşkili meyarları üzrə aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31