General Akif Çovdarov pensiya almaq üçün iddia qaldırdı, əsgər rütbəsinə ENDİRİLDİ
16 İyun 2023 12:26 SosialMilli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) idarə rəisi Akif Çovdarov hərbi qulluqçu pensiyası almaq üçün iddia qaldırıb.
Olaylar.az xəbər verir ki, iddiaya Bakı İnzibati Məhkəməsində baxılıb.
Akif Çovdarov 47 il iş stajının olduğunu, o cümlədən 11 il MTN-də idarə rəisi işlədiyini bildirib. O, həmçinin 2012-ci ildən həbs olunduğu günə qədər general-mayor rütbəsi ilə xidmət etdiyini məhkəmənin diqqətinə çatdırıb.
Məhkəmə iddianı təmin etməyib. Məlum olub ki, məhkəmənin təqdimatına əsasən Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci ildə Akif Çovdarov general rütbəsindən və digər orden və medallardan məhrum edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31