Yeni qaydalar nə vəd edir?
17 İyun 2023 15:34 SosialSənədsiz əmlaklara çıxarışlar necə veriləcək?
Ölkə rəhbərliyi və qanunverici orqan tərəfindən cəmiyyətin uzun müddətdən bəri gözlədiyi məsələlərin həlli ilə bağlı mqvafiq sənədlər imzalanır, qanunlar qəbil edilir. Çox təəssüf ki, sözügedən yeniliklər barədə cəmiyyətə kifayət qədər məlumat verilmədiyindən vətəndaşlar hansı addım atacaqları ilə bağlı tərəddüd edirlər. Elə bu səbəbdən də qanunvericilikdə bəzi yeniliklər barədə məlumat vermək qərarına gəldik. Beləliklə, məlum olduğu kimi Azərbaycan Prezidenti "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb. Yenə sənədlə bu il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur. Təsdiq olunmuş qaydalara əsasən, yükdaşıyan konstruksiyaların etibarlılıq baxımından istismara yararlılığı, yəni dayanıqlı, möhkəm və seysmik cəhətdən davamlı olan, yanğın təhlükəsizliyi tələblərinə cavab verən, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı olan, torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüququ təsbit edilən və qeyri-yaşayış binasının mühafizə zonalarından kənarda yerləşən obyektərə sadələşdirilmiş icazə rejimi tətbiq olunacaq. Bəs, sözügedən fətmanın icra mexanizmi necə olacaq? Millət vəkili Vüqar Bayramov bildirib ki, ilkin qiymətləndirmələrə görə, 40 mindən çox sənədsiz əmlak sadələşdirilmiş formada çıxarış (kupça) ala biləcəklər: "Sənədə əsasən, səmərəliliyin və şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər. Bu proseduraların şəffaflaşmasın və asanlaşdırılmasına ciddi töhvə verəcək. Qanunvericiliyə edilən digər dəyişikliyə əsasən, yerli icra hakimiyyətinin başçıları tərəfindən yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirilməsi və qanunsuz tikintilərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunacaq. Məqsəd dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, özbaşına tikililəri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsidir. Bundan sonra, özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis-kommunikasiya sistemlərinə qoşulması qadağan edilir.Etiraf etmək lazımdır ki, tikinti sektorunun dinamik inkişafı ilə yanaşı bir sıra hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalara əməl olunmaması müşahidə olunur. Yeni dəyişikliklər nəzarətin gücləndirilməsi ilə yanaşı, müəyyən dövrdə qanunsuz tikilmiş və istismara yararlı qeyri yaşayış obyektlərinin çıxarışla təmin edilməsinə, gələcəkdə qanunsuz tikililərin qarşısının alınmasına xidmət edəcək".
Avtomobillərin utilizasiyası necə aparılacaq?
Digər bir yenilik avtomobillərin utilizasiyası ilə bağlıdır ki, dəyişikliklər ilə layihəyə xeyili sayda yeni anlayışlar gətirilir. Millət vəkili Vüqar Bayramov təklif edib ki, gömrükdə idxal zamanı utilizasiya haqqına cəlb edilən avtomobillər növbəti 2 ildə texniki baxışda utilizasiya ödənişindən azad olunsunlar: "Nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator" maddəsində operatorun dövlət və ya özəl, o cümlədən fiziki və ya hüquqi şəxs olması müəyyənləşmir. Bunun dəqiqləşdirilməsi və layihədə əks olunmasına ehtiyac var. Layihədə qeyd olunur ki, operator nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyəti ilə məşğul ola bilməz. Burada aydınlığa ehtiyac var. Operatorun fəaliyyəti utilizasiya prosesi ilə bağlıdır. Qeyd olunsun ki, birbaşa texniki utilizasiya ilə məşğul ola bilməz. Hər il fevralın 20-dək icra hakimiyyətinin müəyyənləşdirdiyi orqana yazılı məlumat verir. Burada qeyd olunmalıdır ki, yazılı məlumat verir və şəffaflıq üçün ümumilləşdirilmiş məlumatları öz internet səhifəsində yerləşdirir. Eyni zamanda, elektronlaşmanı nəzərə alsaq məlumatın təqdimatını hər il birinci ayının sonuna müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı."Nəqliyyat vasitələrinin utilizasiyası fondunun yaradılması və fəaliyyəti" maddəsində maliyyə müstəqilliyi və gəlirlərin diversifikasiyası üçün bu maddədə "sifarişlər əldə edilməsinin" sözlərinin əlavə olunması ehtiyac var. Baxmayaraq qanunla qadağan edilməyən mənbələr qeyd edilib. Amma maliyyə diversifikasiyası üçün bunun ayrıca qeyd olunmasına ehtiyac var. "Reysterin aparılması" maddəsində hüquqi şəxslər üçün tələb olunan məlumatlar da internet səhifəsi və ya ünvanının ayrıca qeyd olunmasına ehtiyac var. Şəffaflıq üçün bu məqsədəuyğundur. Cənab Prezident tərəfindən Açıq hökumətin təşviqi ilə bağlı geniş paket təsdiq olunub. Bu layihədə təlb olunan sənədlərin sayı çoxdur, elektron sənədlərdən istifadə, inteqrasiya olunmuş məlumatların əldə edilməsi qeyd olunmalıdır. Utilizatorların qeydiyyatın ləğv olunmasında hissəsində isə "öz öhdəliklərini yerinə yetirməmək" ayrıca qeyd olunmalıdır. "Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi" maddəsində qeyd olunur ki, "Nəqliyyat vasitələri utilizaisya verilməmişdən öncə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır" tələbi avtomobil sahibinin deyil, operatorun səlahiyyətində olmalıdır. Çünki bu avtomobil sahibi üçün əlavə xərcdir və prosesə marağı azaldacaq. Eyni zamanda, bu tələb nəqliyyat vasitələri utilizasiyaya verilən zaman istənilən sənədlər siyahısından da çıxarılmalıdır. Təhvil aktında eyni zamanda nəqliyyat vasitəsinin dəyərinin də qeyd olunmasına ehtiyac var. Layihədə bu dəyərin necə hesablanması da qaranlıq məsələdir. Layihəyə əsasən, sənəd 3 il müddətinə verilir. Bu uzun müddətdir, məqsəd parkın yeniləşməsi olduğu üçün müddətə baxıla bilər. Layihədə qeyd olunur ki, "Adsızdır və başqa şəxs tərəfindən istifdə oluna bilər". Həmin sənəd itsə və başqa şəxs tərəfindən istifadə olunsa nəzarət necə olur bəlli deyil və bununla bağlı mexanizmlərin qanunda əks olunması məqsədəuyğundur. Layihədə qeyd olunur: "tətbiq edilən güzəşt məbləği alınan maşının dəyərindən çox olduqda artıq vəsait nəqliyyat vasitələrinin satıcılarına ödənilmir". Amma həmin vəsaitin kimə ödənilməsi layihədə qeyd olunmur."Təsdiqedici sənədlər üzrə məlumatların verilməsi" maddəsində isə illik məlumatlandırmanı rüblük məlumatlandırma ilə əvəz etmək lazımdır. İndi inkişaf etmiş ölkələrdə hətta aylıq məlumatlandırmadan istifadə olunur".
Alim