2022-2023-cü dərs ilində 362 nəfər işə qəbul edilib
16 İyun 2023 12:02 Sosial2022-2023-cü dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqələr keçirilib.
"OLAYLAR" xəbər verir ki, müsabiqələrdən müvəffəqiyyətlə keçən 114 nəfər psixoloq, 143 nəfər laborant, 44 nəfər kitabxanaçı, 17 nəfər kitabxana müdiri, 23 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 21 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri (ümumilikdə 362 nəfər) işə qəbul hüququ qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31