60 yaşı tamam olan müəllimlər iyunun 24-də keçiriləcək sertifikatlaşdırmadan azaddırlarmı? - ÖZƏL

"Son günlər iyunun 24-də keçiriləcək növbəti sertifikatlaşdırma imtahanında iştirak ilə bağlı çoxsaylı suallar ünvanlandığından qeyd etmək istərdik ki, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması ilə bağlı qanun layihəsi hər 3 oxunuşda Milli Məclisdə qəbul olunub. Layihə cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Bildirib ki, MM-in qəbul etdiyi yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür: "Yəni dəyişikliklər dövlət başçısı tərəfindən təsdiq olunduqdan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o heç bir halda məcburi sertifikatlaşdırmaya cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə biləcək. 60 yaşı tamam olan müəllimlərin növbəti sertifikatlaşdırmada iştirakına gəldikdə isə sənəd dövlət başçısı tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə malik olur. Onadək isə əvvəlki qaydalar qüvvədədir. Bu baxımdan, cənab Prezident tərəfindən dəyişikliklər təsdiq olunduqdan sonra 60 yaşı tamam olan müəllimlər üçün sertifikatlaşdırmada iştirak könüllü olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31