Məktəblərə “Son zəng” ilə bağlı təlimat göndərildi
12 İyun 2023 16:10 Sosial"Son zəng" keçirilməsi ilə bağlı məktəblərə təlimat göndərilib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
"Həmin təlimatlara əsasən, son zəng məktəb həyətində, məktəbyanı sahədə keçirilməlidir. Təhlükəsizliyin təminatı ilə bağlı müəyyən təlimatlar da göndərilib. Düşünürük ki, son zəngin təşkil edilməsi bağlı məktəblər də məsuldur",- deyə M.Vəliyeva əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31